kriminal.az
Tramp Suriyada

ABŞ hərbçiləri Suriyada "Əl-Qaidə" terror qruplaşmasının başçılarından birini məhv ediblər.

Kriminal.Az xəbər verir ki, Donald Tramp bu barədə "Truth Social" şəbəkəsində yazıb.

"Son həftəsonu ABŞ qoşunları Suriyada "Əl-Qaidə" üzvlərindən birinə qarşı yüksəkdəqiqlikli hava zərbəsi endirib. Terrorçuların başçısı bütün region boyu "Əl-Qaidə" ilə əməkdaşlıq edirdi", - D.Tramp yazıb.

D.Tramp, həmçinin uğurlu əməliyyata görə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurillanı və hərbi pilotları təbrik edib.

Top
0.062223196029663