Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Bununla bağlı Kriminal.Az-a AZAL-dan məlumat verilib.
Bildirilib ki, sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə, sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.
"Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir", - məlumatda qeyd edilib.
Aktauda qəzaya uğrayan təyyarədə ilkin məlumata görə 60 rusiyalı olub.
Kriminal.Az-ın "Orda"ya istinadla verdiyi məlumata görə, bu barədə Qazaxıstan Səhiyyə naziri Akmaral Alnazarov bildirib.
Qroznıdakı duman səbəbindən Bakıdan gələn təyyarə əvvəlcə Mahaçqalaya, sonra isə Aktauya yönəldilib.
Kriminal.Az-ın verdiyi məlumata görə, bu barədə Çeçenistan paytaxtının hava limanının Mətbuat Xidməti xəbər verib.
Aktauda sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən görüntülər yayılıb.
İlkin məlumata görə, sağ qalanlar var.
"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Bununla bağlı Kriminal.Az-a AZAL-dan məlumat verilib.
İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Azərbaycandan Çeçenistan Respublikasının paytaxtına uçan təyyarə Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.
Kriminal.Az-ın verdiyi məlumata görə, bu barədə "Orda" nəşri xəbər yayıb.
Bildirilir ki, təyyarə "Azərbaycan Hava Yolları"na məxsus olub. Təyyarənin Bakıdan Qroznıya uçduğu vurğulanır.
İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.