kriminal.az
Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Kriminal.Az "Report"a istinadən xəbər verir ki, avtomobil yolu keçən 2011-ci il təvəllüdlü Yusif Cabir oğlu Abbasovu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Top
0.059929132461548