Qaxda minik avtomobili yanıb.
Kriminal.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, yanğın hadisəsi rayonun Turaclı kənd ərazisində baş verib.
Yanğın yerinə Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası cəlb olunub.
Hadisə nəticəsində 1981-ci il təvəllüdlü Taleh Tahir oğlu Abbasova məxsus "Opel Astra" markalı 99-DX-783 dövlət qeydiyyat nişanlı minik avtomobili tamamilə yanıb.