Hacıqabul rayonuna yağan leysan nəticəsində 300-dən çox ev su içində qalıb.
Bu barədə "Report"un Aran bürosuna Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasının sədri Saleh Ələsgərov məlumat verib.
Onun sözlərinə görə, yağış rayonda bir sıra fəsadlar törədib.
Rayon mərkəzi də daxil olmaqla, Qızılburun, Atbulaq, Qubalı-Baloğlan, Pisaat və Nəvahi kəndləri ciddi zərər çəkib.
Hacıqabulun mərkəzində elektrik verilişi dayandırılıb.
Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün FHN-nin Muğan Regional Mərkəzinin texnika və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Həyətlərdən suların çəkilməsi istiqamətində lazımi tədbirlər görülür.
Hacıqabul rayonuna aramsız yağan yağışlar fəsadlara səbəb olub.
APA xəbər verir ki, nəticədə 200-ə yaxın evi su basıb.
Rayon ərazisindən keçən dəmir yolu xəttinə zərər dəyib. Hazırda qatarların hərəkətində fasilə yaranıb.