kriminal.az
Süni intellekt blogerləri bazardan sıxışdırmağa başlayıb - Çində

Çində süni intellekt əsasında yaradılmış virtual strimerlərin populyarlığı sürətlə artır. Onlar Taobao və Pinduoduo kimi e-ticarət platformalarında 24 saat canlı yayımlar apararaq malları nümayiş etdirir və auditoriya ilə qarşılıqlı əlaqə qururlar.

Kriminal.az "404 Media"ya istinadən xəbər verir ki, süni intellekt (AI) avatarlar artıq canlı blogerləri bazardan çıxarmağa başlayıb.

Məsələn, "Brother Printers" şirkətinin virtual satıcısı fəaliyyətinin ilk iki saatında 2 500 dollar dəyərində printer satıb. Şirkət AI-strimerlərə keçiddən sonra satışlarda 30% artım qeydə alındığını bildirir. Avatarlar marketinq şirkəti PLTFRM tərəfindən "Baidu" və "DeepSeek" modellərindən istifadə edilərək hazırlanır, ssenarilər yarada, suallara cavab verə və auditoriyanın tələblərinə uyğunlaşa bilirlər.

İnsanlara vizual olaraq bənzəsələr də, AI-strimerlər bəzən texniki nasazlıqlar səbəbindən özlərini büruzə verirlər. Onların AI ilə idarə olunduğu barədə qeyd mövcuddur, lakin çox da gözə çarpmır. Bu cür texnologiyaların tətbiqi strimer peşəsinin gələcəyi və insanların bazardan sıxışdırılması ilə bağlı suallar doğurur.

Top
0.065863132476807