ABŞ dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan-Noel Barrot arasında telefon danışığı olub. Kriminal.az xəbər verir ki, tərəflər telefon danışığı zamanı Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması məsələsini müzakirə ediblər.
Telefon danışığı tərəflər həmçinin İranın nüvə proqramı, Qəzza zolağında humanitar vəziyyət, Rusiya-Ukrayna müharibəsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, bu günlərdə mətbuatda Azərbaycan və Ermənistan liderlərinin yaxın günlərdə Vaşinqtona səfər edəcəyi, ABŞ prezidenti Donald Trampla görüşəcəyi və sülh sazişi məsələsini müzakirə edəcəyi barədə xəbər yayılıb.
Mürtəza