Rusiya hər ay bir neçə min əsgərini qurban edərək Ukraynanın ərazilərini işğal etməyə çalışır. Halbuki Ukrananın işğal edilmiş əraziləri olmadan Rusiyanın ərazisi Niderlandın ərazisindən 412 dəfə böyükdür. Bu 412 dəfə ərazi böyüklüyünə baxmayaraq, Rusiya Niderlanddan 3.5 dəfə az kənd təsərrüfatı məhsulu ixrac edir. Ötən il Niderland 147 milyard dollarlıq, Rusiya isə cəmi 43 milyard dollarlıq kənd təsərrüfatı məhsulu ixrac edib.
Kriminal.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.
“Rusiyada “Elm və dövlət elmi-texniki siyasəti haqqında” qanuna edilmiş və 2025-ci il sentyabrın 1-dən qüvvəyə minəcək dəyişikliyə görə, Federal Təhlükəsizlik Xidməti (FSB) elmi-tədqiqat institutları, universitetlər və digər elmi strukturlarının xarici vətəndaşlar və təşkilatlarla qarşılıqlı əlaqəsinə nəzarət edəcək. Əcnəbilərlə əməkdaşlıq yalnız FSB-nin razılığı ilə icazə verilən elmi fəaliyyət sahələrundə mümkün olacaq.
Bu gün Quql (Google) axtarış sistemi Rusiyanın qaz nəhəngi “Qazprom”dan 60 dəfə bahadır. Elm üzərində nəzarət artdıqca, postsənaye dövrü dərinləşdikcə, bu fərq daha da böyüyəcək”, - o bildirib.
Politoloq həmçinin qeyd edib ki, Rusiyanın təcürbəli mütəxəsisləri İran ətrafında gedən proseslərdən böyük qorxu keçirirlər: "Keçmiş diplomat, tarix elmləri doktoru Nikolay Platoşkin açıq şəkildə bəyan edir ki, İran parçalansa növbə Rusiyaya çatacaq. Platoşkin bildirir ki, İran Rusiyanın önündəki sonuncu domino daşıdır. Sonuncu daş da aşsa, Rusiyanın parçalanması qarşısıalınmaz olacaq".