Fransa Rusiyaya təzyiqi artırmağa hazırdır.
Kriminal.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron iyulun 27-də ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı zamanı bəyan edib.
Makronun sözlərinə görə, Rusiya nəhayət, Avropanın iştirakı ilə davamlı sülhə aparan danışıqlara yol açacaq atəşkəslə razılaşmalıdır.
“Mən Fransanın dəstəyini təsdiqlədim: biz Ukraynaya yardımımızı gücləndirməyə və Rusiyaya təzyiqi artırmağa davam edəcəyik”, - Makron X sosial media hesabında yazıb.
Mürtəza