kriminal.az
İsrail Suriyanı daha "ağır zərbələr"lə hədələdi

"İsrail Müdafiə Qüvvələri (SAXAL) Əs-Süveyda əyalətində Suriya hökumət qüvvələrinə "ağır zərbələr" endirməyə davam edəcək".

Kriminal.az xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri İsrael Kats "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Dəməşqdən gələn siqnallar dayandı. İsrail Müdafiə Qüvvələri druzlara hücum edən qüvvələri məhv etmək üçün, onlar tamamilə geri çəkilənə qədər Əs-Süveydada aktiv əməliyyatları davam etdirəcəklər", - deyə o bildirib.

Nazir vurğulayıb ki, İsrail Suriyada druzları qorumaq öhdəliyini öz üzərinə götürüb.

Qeyd edək ki, iyulun 13-də Əs-Süveydada druz icmasına qarşı başlayan hücumlardan sonra vəziyyət gərginləşib. İsrail rəsmiləri, o cümlədən Baş nazir Benyamin Netanyahu SAXAL-ın hərəkətlərini bölgədəki etnik zorakılığa cavab adlandırıblar.

Top
0.06824803352356