kriminal.az
Sabiq prezident təkrar həbs olundu

Seulun Mərkəzi Dairə Məhkəməsi 2024-cü ilin dekabrın 3-də hərbi vəziyyət hadisələrinin araşdırılması çərçivəsində Koreya Respublikasının keçmiş prezidenti Yun Sok Yolun yenidən həbs olunması barədə qərar qəbul edib.

Kriminal.az xəbər verir ki, bu barədə yerli "Yonhap" agentliyi xəbər verib.

Qeyd olunur ki, hərbi vəziyyət dövründəki hadisələrin araşdırılmasına məsul olan xüsusi prokuror Ço In Sok iyunun 6-da müvafiq ərizə təqdim edib.

Yun Sok Yol beş əsas hüquq pozuntusunda şübhəli bilinir.

Bundan əvvəl Yun Sok Yola dövlət quruluşuna qarşı qiyam təşkil etməkdə ittiham irəli sürülüb.

Top
0.06184196472168