kriminal.az
Prezidentin yüksək rütbə verdiyi səfirlər kimlərdir?

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının əməkdaşlarına rütbələr verilib.

Kriminal.az onların kimliyini təqdim edir:

Sərəncama əsasən, İlham Nəriman oğlu Məmmədova birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

İlham Məmmədov Azərbaycanın Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiridir.

O, Prezident İlham Əliyevin 28 iyul 2021-ci il tarixli sərəncamı ilə bu vəzifəyə təyin olunub.

Həmçinin Seymur Qurban oğlu Mərdəliyevə də birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

O, 1979-cu ildə Bakı şəhərində doğulub. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində təhsil alıb. Daha sonra həmin fakültənin magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib.

2009-2013-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Humanitar və sosial məsələlər idarəsinin şöbə müdiri kimi çalışıb. Daha sonra həmin idarənin rəis müavini, Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin müşaviri və daimi nümayəndənin müavini vəzifələrini icra edib.

Prezident İlham Əliyevin 23 may 2023-cü ildə imzaladığı sərəncama əsasən, Seymur Mərdəliyev Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

İngilis, rus, fransız dillərini bilir.

Ailəlidir, bir övladı var.

Top
0.061400890350342