kriminal.az
Türkiyə Prezidenti: Zəngəzur dəhlizini geoiqtisadi inqilabın tərkib hissəsi kimi görürəm

Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni imkanlar yaradacaq.

Kriminal.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

Türkiyə lideri Zəngəzur dəhlizini təkcə geosiyasi deyil, həm də geoiqtisadi inqilabın tərkib hissəsi kimi gördüyünü bildirib.

"Zəngəzur dəhlizinin açılışı həm də Orta Dəhliz üçün strateji inkişaf olacaq. Dəhliz açıldığı zaman türk malları Xəzər dənizindən keçərək Orta Asiyaya və Çinə daha sürətlə çatacaq, Avropadan Çinə mallar da Türkiyədən keçməyə başlayacaq. Orta dəhlizin açılması cənubdan bizə və Azərbaycana qədər bir çox ölkələri əhatə edir".

Ərdoğan onu da əlavə edib ki, Ermənistan əvvəlcə Zəngəzur dəhlizinin əleyhinə olsa da, iqtisadi inteqrasiyada iştirak etmək üçün daha çevik yanaşma nümayiş etdirir: "Bu regionun inkişafı təkcə Azərbaycan üçün deyil, həm də Ermənistan üçün, bizim üçün, İran və digər ölkələr üçün bir fürsətdir"

Top
0.059585809707642