kriminal.az
İsrail-İran gərginliyinin ərəb ölkələrinə xeyri və ziyanı

İsrail-İran arasındakı münaqişə Fars körfəzi ölkələrində iqtisadi tarazlığı pozub.

Kriminal.az xəbər verir ki, bunu beynəlxalq enerji eksperti Memduh Səlami bildirib.

“Bu hücumlar fonunda neftin qiymətindəki müvəqqəti artım Körfəz ölkələrinə qısa müddətli qazanc gətirsə də, atəşkəsdən sonra gəlirlər yenidən azalmağa başlayıb. Bu ölkələrin büdcələri əsasən “Brent” markalı neftin 85–95 dollar arası qiymətinə əsaslanır. Lakin hazırkı qiymətlər bu səviyyədən aşağıdır və xüsusilə Səudiyyə Ərəbistanı kimi ölkələr xərclərini qarşılamaqda çətinlik çəkir”, - ekspert bildirib.

Səlami Körfəz ölkələrinin neft ixracatında Çin bazarına ciddi şəkildə bağlı olduğunu və Hörmüz boğazından asılılığın onillərlə, hətta daimi olaraq davam edəcəyini qeyd edib:

“Səudiyyə Ərəbistanının Yənbu limanına, BƏƏ-nin isə Fuceyrəyə alternativ boru xətləri olsa da, bu imkanların Hörmüz boğazının bağlanması halında tam yetərli deyil”.

"VT Markets"in baş iqtisadçısı Nayil Cevabirə isə qeyd edib ki, İsrail-İran müharibəsi Körfəz regionunun, xüsusilə də maliyyə bazarlarının sabitliyinə ciddi təsir göstərib:

“Hörmüz boğazı bağlansa, İran, Küveyt, İraq və Qətər kimi ölkələr neft ixracında ən çox zərər görənlər olacaq”.

Top
0.060458898544312