kriminal.az
Sançes AB-ni sərt tənqid etdi

İspaniyanın Baş naziri Pedro Sançes AB-ni Rusiya və İsrailə qarşı sanksiyalarla bağlı qeyri-ardıcıl siyasətinə görə tənqid edib.

Kriminal.az xəbər verir ki, o, bu barədə Avropa Şurasında çıxış edərkən deyib.

Sançez AB-nin Rusiyaya qarşı 18 sanksiya paketi tətbiq etdiyini, lakin İsrailin müqavilənin insan haqları ilə bağlı maddələrini ciddi şəkildə pozmasına baxmayaraq, Təl-Əvivlə əməkdaşlığı davam etdirdiyini bildirib:

"Biz İsrailə qarşı eyni şeyi etmədikcə, Rusiyaya qarşı 17 sanksiya paketi tətbiq etməyin mənası yoxdur. Avropa ikili standartlar tətbiq edir və hətta İsraillə tərəfdaşlıq sazişini dayandıra bilməz".

Top
0.064760208129883