Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin növbəti mərhələsi olub.
“Kriminal.az ” xəbər verir ki, bu barədə TASS Rusiya danışıqlar qrupuna yaxın mənbəyə istinadən məlumat yayıb.
"Əsir mübadiləsinin növbəti mərhələsi İstanbul razılaşmaları çərçivəsində baş tutub. Mübadilə bərabər əsasda həyata keçirilib", - mənbə bildirib.
İstanbulda keçirilən danışıqlardan sonra Rusiya və Ukrayna “1 000-ə 1 000" düsturuna əsasən məhbusların mübadiləsi barədə razılığa gəliblər.