ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Venesuelada yerləşən “Tren de Aragua” (TdA) bandasının liderləri olduğu iddia edilən Covanni Visente Mosquera Serranonu "Ən çox axtarılan 10 qaçaq" siyahısına əlavə edib.
Kriminal.az xarici KİV-ə istinadla xəbər verir ki, FTB sözügedən şəxsin tapılmasi üçün başina 3 milyon dollar mükafat qoyub.
“El Viejo (Qoca)” kimi tanınan Mosquera Serrano FTB-nin “Ən çox axtarılan qaçaqlar” siyahısına əlavə edilən ilk dəstə üzvü olub.
FTB "xarici terror təşkilatına dəstək vermək" və "Birləşmiş Ştatlarda yayılması üçün Kolumbiyadan narkotik almaq" kimi federal ittihamlarla axtarışda olan 37 yaşlı banda rəhbərinin tutulmasına kömək edən şəxsə 3 milyon dollar verəcək.
Billurə Yunus