kriminal.az
İran üç "Mossad" agentini edam edib

İranın Urmiya şəhərində İsrailin "Mossad" kəşfiyyat xidmətinin üç agenti edam edilib.

Kriminal.az xəbər verir ki, bu barədə "Press TV" məlumat yayıb.

“Onlar ölkəyə adam öldürmək üçün istifadə olunacaq avadanlıqları qaçaq yolla gətirirdilər,” – deyə İran mediası yazır.

Xatırladaq ki, İsrailin İrana qarşı hücumlarının ilk günlərindən etibarən yerli media İsrail kəşfiyyatı ilə əlaqəsi olan şəxslərin tutulduğunu xəbər verməyə başlayıb.

Həmidə İbrahimova

Top
0.075121164321899