ABŞ-nin İranın Fordo nüvə zavodunu vurduqdan sonra diqqətçəkən görüntülər yayılıb.
Kriminal.az xəbər verir ki, bir çoxları sözügedən mənzərənin zərbənin nəticəsi kimi qiymətləndirsə də, buna inanmayanların sayı da az deyil. Belə ki, rəsmi tərəflər məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Digər məqam isə görüntüləri qeydə alan şəxslərin ərəbcə danışmasıdır ki, bu da kadrların İrandan çəkildiyini şübhə altına salır.
Dünən CNN telekanalı Maxar texnologiya şirkətinin peyk görüntülərinin təhlilinə istinadən məlumat yayıb ki, ABŞ-nin İranın Fordo nüvə obyektinə endirdiyi hava zərbələri nəticəsində ərazidə ən azı altı böyük krater (partlayış çökəyi) əmələ gəlib.
Bundan əlavə, peyk fotolarında dağ yamacının rəngində nəzərəçarpacaq dəyişikliklər müşahidə olunub – bu da zərbələrin nəticəsində geniş bir ərazinin kül və toz təbəqəsi ilə örtüldüyünü göstərir.