Dəməşqin şərq hissəsində yerləşən Müqəddəs Pavel kilsəsində partlayış baş verib.
Kriminal.az xəbər verir ki, bu barədə "Sham TV" telekanalı məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb.
Hadisəyə səbəb olan partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb.
Hücum xristianların yaşadığı Duveyla məhəlləsində törədilib.