kriminal.az
Ukrayna Qazaxıstanın hava məkanını pozub? - Zaxarova

Ukrayna qüvvələrinin pilotsuz uçuş aparatları iyunun 19-u və 20-də Qazaxıstan ərazisindən keçib.

Kriminal.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Moskva Ukraynanın Qazaxıstanın hava məkanından Rusiya ərazisindəki obyektləri hədəf alan PUA uçuşlarını pisləyir. İyunun 19-u və 20-də Ukrayna qüvvələrinə məxsus bir neçə PUA-nın Qazaxıstanın ərazisi üzərində uçuşu qeydə alınıb, görünür, Rusiyaya zərbələr endirmək məqsədi ilə. Biz müttəfiqimizə və KTMT üzvünə qarşı belə hərəkətləri qətiyyətlə pisləyirik", - o bildirib.

Qeyd edək ki, Ukrayna silahlı qüvvələrinin istifadəsində olan Böyük Britaniyaya məxsus pilotsuz uçuş aparatının Qazaxıstan ərazisində tapılması barədə məlumat yayılıb.

Top
0.064217805862427