"İsrail hərbçiləri İranın nüvə proqramını və raket potensialının məhv edilməsi üçün uzunmüddətli əməliyyata hazırdır".
Kriminal.az xəbər verir ki, İsrail ordusunun rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin brifinqdə belə bir bəyanatla çıxış edib.
"Bizim (İsrail hərbçilərinin - red.) İranda əlavə hədəflərimiz var. Biz hücumu plana uyğun olaraq inkişaf etdiririk və İslam Respublikası tərəfindən təhlükə aradan qaldırılana qədər uzunmüddətli əməliyyata hazırıq", - deyə o bildirib.(milli.az)