kriminal.az
İran İsrailə 20-yə yaxın raket atıb - VİDEOLAR

İran son zərbəsində İsrailə 20-yə yaxın raket atıb, enişlər Tel-Əviv və Beer-Şeva bölgəsində qeydə alınıb.

Kriminal.az İsrail mediasına istinadən xəbər verir ki, raketlərdən biri Beer-Şevadakı "Soroka" xəstəxanasına düşüb.

Sosial şəbəkələrdə enişdən sonrakı görüntülər yayılır.

İsrail İranın Xondab şəhərindəki ağır su reaktoru yerləşən əraziyə zərbə endirib. ISNA agentliyinin məlumatına görə, hər hansı bir sızma təhlükəsi yoxdur.

"Tasnim"in infoqrafikasına əsasən isə ABŞ-nin ən azı 10 hərbi bazası İranın raketlərinin təsir dairəsindədir.

Top
0.061609029769897