kriminal.az
Botoksun yaratdığı cazibə müvəqqətidir - Elmi araşdırma

Botoks cəlbedicilik anlayışlarını dəyişdirib.

Kriminal.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Niderlandın Tilburq Universitetinin tədqiqatçıları araşdırma aparıb.

Araşdırma çərçivəsində 2700-dən çox insana botoksdan əvvəl və sonra üzlər göstərilib. Onlardan bu üzləri cəlbedicilik, sağlamlıq və yaş kimi meyarlara görə qiymətləndirmələri istənilib.

Araşdırmaya görə botoks insanları 0,07 bal daha cazibədar, gənc və sağlam göstərir.

Botoksun qısamüddətli əlaqələr və dostluqlar baxımından cəlbediciliyi artıran təsiri olduğu bildirilsə də, uzunmüddətli seçimlərdə müsbət təsir tapılmadyıb.

Həmçinin botoksun yaratdığı cazibədarlığın insanların xarizma, zəka və etibarlılıq qavrayışına əhəmiyyətli təsiri müşahidə edilməyib.

Billurə

Top
0.054933071136475