kriminal.az
Ukrayna dollardan imtina etmək istəyir

Ukrayna qlobal ticarətdə parçalanma və Avropa ilə daha güclü əlaqələr fonunda ABŞ dollarından imtina etməyi və öz valyutasını avroya daha sıx bağlamağı düşünür.

Kriminal.az xəbər verir ki, bunu Ukrayna Milli Bankının (NBU) rəhbəri Andriy Pışnıy "Reuters" agentliyinə bildirib. 

O, Ukraynanın avroya üstünlük verməsinin danışarkən deyib: 

"Səbəblər belədir: ölkənin Avropa İttifaqına potensial daxil olması, Ukraynanın müdafiə qabiliyyətinin təmin edilməsində Aİ-nin rolunun gücləndirilməsi, qlobal bazarlarda yüksək dəyişkənlik və qlobal ticarətin parçalanma (bölünmə) ehtimalı".

Miri

Top
0.056787967681885