kriminal.az
Putin və Pezeşkian arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin və iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı olub.

Kriminal.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Onlar telefonda nüvə sazişi üzrə İran-Amerika danışıqlarının gedişatını müzakirə ediblər. 

“Mövcud beynəlxalq və regional məsələlər, o cümlədən Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında İranın nüvə proqramı üzrə danışıqların gedişi ilə bağlı fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.

Həmidə İbrahimova

Top
0.058585166931152