Türkiyənin Kütahya vilayətində zəlzələ baş verib.
Kriminal.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat paylaşıb.
Yeraltı təkanlar vilayətin Simav rayonunda qeydə alınıb.
Zəlzələnin gücü 4 bal olub. Bakı vaxtı ilə saat 03:53-də qeydə alınan zəlzələ yerin 12.55 kilometr dərinliyində baş verib.