kriminal.az
Qazaxıstandan rusiyalı deputatlara QADAĞA

Qazaxıstan hökuməti ölkəyə girişin qadağan olunduğu şəxslərin xüsusi siyahısının mövcudluğunu təsdiqləyib.

Kriminal.az xəbər verir ki, bu barədə “Deutsche Welle” (DW) məlumat yayıb.

Siyahı məxfi xarakter daşıyır və ona çıxış məhduddur.

Bu qadağa siyahısında aşağıdakı şəxslərin adı yer alır:

Tina Kandelaki – Kremlə yaxın media siması

Tiqran Keosayan – Rusiya təbliğatçısı və rejissor

Aleksandr Duqin – Rusiya ideoloqu və politoloq

Pyotr Tolstoy – Dövlət Dumasının vitse-spikeri

Habelə daha bir neçə Rusiya deputatı

“The Moscow Times” qeyd edir ki, Pyotr Tolstoy əvvəllər çıxışlarında “Ukraynadan sonra Rusiyanın qarşısında növbəti problem Qazaxıstan ola bilər” kimi açıqlamalar verib. Bu bəyanatlar Qazaxıstanda narahatlıq və sərt reaksiya doğurub.

Qazaxıstanın bu addımı ölkənin suverenliyinə qarşı yönəlmiş təxribat xarakterli ritorikalara və geosiyasi təhdidlərə qarşı öz təhlükəsizlik mövqeyini gücləndirməsi kimi qiymətləndirilir.(musavat.com)

Top
0.056696891784668