Uzun müddət depressiyadan sonra iman gətirdi və indi oruc tutur və məscidə gedir.
Kriminal.az xarici mediaya istinadən xəbər verir ki, Akiko Matasuzava sərt yapon ailəsində böyüyüb, qızlardan ibarət katolik məktəbində oxuyub.
"Mən məşhur qızlara baxdım və onlar kimi olmaq istədim, amma alınmadı", - deyə o bildirib.
Yeniyetmə ikən Akiko rəqqasə və ya striptizçi olmaq arzusunda olub. Məktəbdən sonra sərt valideynlərinin himayəsindən qaçmaq üçün Almaniyaya köçüb. 2017-ci ildə 21 yaşında "Pornhub"da kanal yaradıb və ilk videosunu yayımlayıb.
Üç ildən az müddətdə onun videoları 300 milyondan çox baxış toplayıb. 2022-ci ildə "Pornhub" onu platformada ən populyar 20 model sırasına daxil edib.
Matasuzava siyasət və hüquq təhsili də alıb.
2023-cü ildə Taylandda TEDx çıxışında sosial mediada mənfi şərhlər dalğasının yaratdığı depressiyadan əziyyət çəkdiyini etiraf edib. O, daxili boşluqdan və mənəvi itkidən əziyyət çəkib.
2024-cü ilin oktyabrında İslamı qəbul etdiyini elan edərək hicablı foto və videolarını dərc etməyə başlayıb.
"Müsəlman dostlarım tanıdığım ən mehriban insanlardandırlar. Onlar xeyriyyə işləri ilə məşğul olurlar, lakin bununla heç vaxt öyünmürlər. Mən də onlar kimi olmaq istəyirəm", deyə o, müsahibəsində söyləyib.
Deyir ki, bəzi insanlar keçmişinə görə onun ciddi müsəlman olduğuna inanmır, lakin Akiko üçün bunun heç bir əhəmiyyəti yoxdur .
İndi Qazaxıstan, Qırğızıstan və Özbəkistan səyahətlərindən - at çaparır, plov yeyir və s. -videolar yayımlayır. O, özünü müsəlman adı ilə də çağırır - Nuray İstiqbal.
Kriminal.az