kriminal.az
Toyda gəlinlə bəyin bu hərəkəti hər kəsi güldürdü - VİDEO

Türkiyənin Osmaniye şəhərində baş tutan toy mərasimi maraqla qarşılanıb.

Kriminal.az "Takvim" qəzetinə istinadla xəbər verir ki, gəlin nikah mərasimi zamanı ona sual ünvanlayan məmura cavabı ilə hər kəsi təəccübləndirib.

O, nikah məmurunun "evlənməyi qəbul edirsinizmi?" sualına cavab olaraq atasına üz tutub.

Gəlinin "Sonuncu dəfə atamdan soruşmaq istəyirəm. Ata, nə deyim?" sözləri təbəssümlə qarşılanıb və o, "hə" deyib.

Eyni sual bəyə ünvanlananda o da zarafatla eyni hərəkəti təkrarlayıb.

Bəyin isə anasına üz tutması zaldakıları güldürüb.

Billurə

Top
0.057207107543945