Paris cümə günü Fransa ordusunun Seneqalda istifadə etdiyi bir neçə obyekti yerli hakimiyyət orqanlarına qaytarıb.
Kriminal.Az xəbər verir ki, bu barədə "France-Presse" agentliyi Fransanın bu ölkədəki səfirliyinə istinadən məlumat yayıb.
"Fransa tərəfi bu cümə günü, martın 7-də Mareşal və Sent-Ekzüperi bölgələrindəki obyektləri və yaşayış yerlərini Seneqal tərəfinə qaytarıb", - məlumatda bildirilir.
Diplomatik nümayəndəlik qeyd edib ki, qalan obyektlər birgə razılaşdırılmış qrafikə uyğun olaraq geri qaytarılacaq.