Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa İttifaqının 800 milyard avro dəyərində silahlanma planını təklif edib. Bu barədə o, keçirdiyi mətbuat konfransında bildirib.
Kriminal.Az-ın verdiyi məlumata görə, konfrans fon der Lyayenin "X" hesabında yayımlanıb.
"Aİ-nin yenidən silahlanma planı təhlükəsiz və möhkəm Avropa üçün müdafiə xərclərinə təxminən 800 milyard avro səfərbər edə bilər", - deyə o qeyd edib.
Aİ-nin icra orqanının rəhbərinin sözlərinə görə, Avropa Komissiyası, həmçinin Aİ ölkələri üçün hava hücumundan müdafiə vasitələrinin və Ukrayna üçün silahların istehsalı məqsədilə 150 milyard avro həcmində kredit cəlb etməyi planlaşdırır.