kriminal.az
ABŞ İsrailə hərbi yardımın göndərilməsini sürətləndirəcək

ABŞ hökuməti İsrailə təxminən 4 milyard dollar dəyərində hərbi yardımın çatdırılmasını sürətləndirəcək.

Kriminal.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun bəyanatında bildirilir.

"Mən İsrailə təxminən 4 milyard dollarlıq hərbi yardımın çatdırılmasını sürətləndirmək məqsədilə fövqəladə səlahiyyətlərdən istifadə etmək üçün qərar imzaladım", - bəyanatda qeyd olunub.

Həmçinin imzalanan sənədin ABŞ-nin əvvəlki prezidenti Co Bayden administrasiyası tərəfindən İsrailə müəyyən növ silahların tədarükünə qoyulan məhdudiyyətləri ləğv etdiyi bildirilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası 2025-ci il yanvarın 20-dən etibarən İsrailə ümumilikdə 12 milyard dollar dəyərində silah və hərbi texnika satışına icazə verib.

Top
0.057569026947021