Martın 4-də Ankarada Türkiyə ilə Böyük Britaniya arasında Suriya ilə bağlı siyasi məsləhətləşmələr aparılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" diplomatik mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Türkiyə tərəfindən xarici işlər nazirinin müavini Nuh Yılmaz, Britaniya tərəfindən isə xarici işlər nazirinin Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üzrə nümayəndəsi Hemiş Falkoner iştirak edəcək.
Məsləhətləşmələr zamanı Suriya ilə yanaşı, qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunacaq.
Həmçinin Suriyanın yenidən qurulması və iqtisadi inkişafı üçün heç bir ilkin şərt qoyulmadan sanksiyaların tamamilə ləğv edilməsinin müzakirəsi də nəzərdə tutulur.