kriminal.az
Qazaxıstanda mədən çökdü: Yeddi nəfər dağıntılar altında qaldı

Qazaxıstanın Ulytau vilayətindəki Jomart mədənində uçqun nəticəsində yeddi mədənçi dağıntılar altında qalıb və onlarla əlaqə kəsilib.

Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə mədənin işlənilməsini həyata keçirən "Qazaxmıs" şirkətlər qrupu məlumat yayıb.

Şirkətdə qeyd edilib ki, hadisə yerində xilasetmə işləri aparılır.

Top
0.057487964630127