kriminal.az
İsrail HƏMAS-ın Livandakı liderini öldürüb

İsrail Müdafiə Qüvvələrinə məxsus pilotsuz təyyarənin Livanın Sidon bölgəsində avtomobilə zərbə endirməsi nəticəsində HƏMAS-ın Livandakı hərbi qanadının lideri Məhəmməd Şahin öldürülüb.

Kriminal.Az xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı İsrail ordusunun mətbuat xidməti də təsdiqləyib.

Məlumatda qeyd olunur ki, Məhəmməd Şahin HƏMAS-ın Livandakı fəaliyyətini koordinasiya edib.

Top
0.061034917831421