Özbəkistanın "Uzbekistan Airways" milli aviadaşıyıcı şirkəti Daşkənddən Azərbaycanın paytaxtı Bakıya uçuşların sayını artırmaq planlarını açıqlayıb.
Kriminal.Az-ın xəbərinə görə, bu barədə Özbəkistan aviaşirkətindən məlumat verilib.
Məlumata görə, 2025-ci ilin aprel ayından başlayaraq, aviaşirkət bu marşrut üzrə həftədə dörd reys həyata keçirəcək ki, bu da hazırkından bir dəfə çoxdur.
Bu gün "Uzbekistan Airways"in təyyarələri Daşkənddən Bakıya və əks istiqamətdə çərşənbə axşamı, cümə axşamı və bazar günləri uçur. Əlavə dördüncü reys istər işgüzar görüşlər olsun, istər turist səfərləri və ya ailəyə, yaxınlara baş çəkmək məqsədilə olsun, sərnişinlərə iki paytaxt arasında səfərlərini daha çevik planlaşdırmağa imkan verəcək.