Dekabrın 11-də Bakı Kristal Zalında futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Xordi Albanın görüşünə həsr olunan tədbir start götürüb.
Kriminal.Az xəbər verir ki, pərəstişkarların dünya futbolunun ulduzları ilə görüşündən əvvəl səhnədə "Natiq" ritm qrupunun çıxışı olub. Daha sonra dünyaşöhrətli bəstəkar və müğənni Villi Uilyam konsert proqramını təqdim edib.
Qeyd edək ki, tədbirə bilet satışından əldə olunan vəsait isə xeyriyyə məqsədinə yönəldiləcək.
Mərahim Nəsib