kriminal.az
İranda qorxunc avtobus qəzası: Ölənlər və yaralananlar var

Bu gün səhər saatlarında İranın Sistan və Bəlucistan əyalətində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə yerli səhiyyə qurumundan xəbər verilib.

Bildirilir ki, Zahidan-Xaş magistralında avtobusla minik avtomobili toqquşub. İlkin məlumatlara görə, azı dörd nəfər ölüb, 14 nəfər isə yaralanıb.

Qəzanın səbəbləri araşdırılır.

Top
0.063124895095825