kriminal.az
ABŞ-də zəlzələ baş verib

ABŞ-nin Nevada ştatında 5.8 bal gücündə zəlzələ qeydə alınıb.

Kriminal.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.

Məlumata görə, yeraltı təkanların episentri 241 minə yaxın insanın yaşadığı Rina şəhərindən 77 km cənub-şərqdə, 3 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Top
0.064574003219604