kriminal.az
Dmitri Peskov Bəşər Əsədə sığınacaq verilməsi qərarı barədə danışdı

"Bəşər Əsədə və ailəsinə siyasi sığınacaq verilməsi barədə qərarı Rusiya Prezidenti Vladimir Putin qəbul edib".

Kriminal.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Əlbəttə ki, belə qərarlar dövlət başçısı olmadan qəbul edilə bilməz. Bu onun qərarıdır", - deyə Kremlin nümayəndəsi bildirib.

O, həmçinin Suriyadakı Rusiya bazalarının taleyi məsələsinə münasibət bildirib.

"Rusiyanın Hmeymim və Tartusdakı bazalarının saxlanılması barədə danışmaq hələ tezdir, bu, Suriyanı idarə edəcək şəxslərlə müzakirə mövzusudur", - deyə Peskov bəyan edib.

Top
0.066360950469971