kriminal.az
Serb Respublikasının Prezidenti Milorad Dodik xəstəxanaya yerləşdirilib

Bosniya və Herseqovina əyalətinin tərkibində olan Serb Respublikasının Prezidenti Milorad Dodik xəstəxanaya yerləşdirilib.

Kriminal.Az RBC-yə istinadən xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.

"Serb Respublikasının Prezidenti Milorad Dodik bu gün günortadan sonra, dekabrın 8-də Belqradda kəskin ağrılar səbəbindən müayinə olunub, sonra o xəstəxanaya yerləşdirilib", - məlumatda bildirilir.

O, qida borusu və mədəsindən əməliyyat olunacaq.

Top
0.067227125167847