kriminal.az
Suriya müxalifəti Rusiya ilə münasibətlərin yaxşı olmasına ümid edir

Ölkənin paytaxtı Dəməşqi ələ keçirən Suriya müxalifəti Rusiya ilə münasibətlərin yaxşı olmasına ümid edir.

Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bunu Müxalifət və İnqilabçı Qüvvələrin Milli Koalisiyasının siyasi komitəsinin üzvü Ənəs əl-Əbda deyib.

"Biz Rusiya ilə münasibətləri yaxşı saxlamağa çalışırıq. Bu kontekstdə bizim ümumi maraqlarımız hər şeydən üstün hesab edilməlidir", - deyə hərəkat nümayəndəsi Tartusdakı Rusiya hərbi bazasının gələcəyi ilə bağlı suala cavab verib.

Top
0.070410013198853