kriminal.az
Ankarada ağır qəza: Bir ailənin 5 üzvü həlak oldu

Türkiyədə ağır yol qəzası baş verib.

Kriminal.Az "Haber Global"-a istinadən xəbər verir ki, minik avtomobilinin xəndəyə yuvarlanması nəticəsində bir ailənin 5 üzvü həlak olub.

Məlumata görə, hadisə Ankara-Çankırı yolunda baş verib. Ölənlərin cəsədləri avtomobildən çıxarılıb.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Top
0.06624698638916