kriminal.az
Tramp:

"ABŞ Suriyadakı vəziyyətə qarışmamalıdır, bu, ABŞ-nin müharibəsi deyil".

Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp deyib.

"Suriyada qarışıqlıqdır, amma o bizim dostumuz deyil və ABŞ heç nə etməməlidir. Bu, bizim müharibəmiz deyil, biz bu vəziyyətin öz-özünə həllinə imkan verməliyik. Biz qarışmamalıyıq", - Tramp "Truth Social"da yazıb.

Trampın sözlərinə görə, yaraqlılar yaxşı koordinasiya edilmiş hücum nəticəsində bir neçə şəhəri ələ keçiriblər və Əsədi devirmək üçün böyük addım atmağa hazırlaşırlar.

Top
0.065224885940552