kriminal.az
Ukrayna prezidenti Gürcüstan hakimiyyətinə qarşı sanksiya tətbiq edib

Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstan hakimiyyətində təmsil olunan şəxslərə sanksiyaların tətbiqi barədə fərman imzalayıb.

Kriminal.Az-ın xəbərinə görə, müvafiq sərəncam Ukrayna dövlət başçısının rəsmi internet saytında dərc edilib.

Sanksiya siyahısında Gürcüstanın Baş naziri İrakli Kobaxidze və hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının qurucusu Bidzina İvanişvilinin də adı var.

Ümumilikdə sanksiya 19 nəfəri əhatə edib.

Top
0.063654184341431