kriminal.az
Cənubi Koreyada müdafiə naziri işdən çıxarıldı, ölkədən çıxışına qadağa qoyuldu

Koreya Respublikasının Prokurorluğu keçmiş müdafiə naziri Kim Yon-Hyonun qiyamda ittiham olunması səbəbilə ölkədən çıxışına qadağa qoyub.

Kriminal.Az-ın xəbərinə görə, bu barədə "Xanqyore" qəzeti məlumat verib.

Qeyd edək ki, bir qrup müxalifətçi deputat eks-nazirə qarşı qiyam ittihamı ilə prokurorluğa müraciət edib.

Cənubi Koreya Prezidenti Yun Sok Yol dövlət başçısına siyasi böhranla əlaqədar ölkədə hərbi vəziyyət tətbiq olunmasını təklif edən müdafiə naziri Kim Yon-Hyonun istefasını qəbul edib.

Kriminal.Az-ın xəbərinə görə, bu barədə "Yonhap" məlumat verib.

Məlumata görə, müdafiə naziri postuna Səudiyyə Ərəbistanındakı səfir Çxve Byon Hyok təklif edilib ki, onun təhlükəsizlik sektoru üzrə geniş biliyə malik olmaqla yanaşı, həm də geniş praktik təcrübəsi olduğu bildirilir.

O, prinsipial və pedant bir şəxs kimi təsvir edilib, öz biliyi və təcrübəsi sayəsində ABŞ ilə Alyansın döyüş hazırlığının qorunub-saxlanmasına töhfə verə biləcəyi qeyd edilib.

Xatırladaq ki, Cənubi Koreyada müxalifət partiyaları ölkə Prezidenti Yun Sok Yolu hərbi vəziyyət elan etməsi səbəbi ilə vətənə xəyanətdə ittiham edib və ona qarşı üçün vəsatət qaldırıb.

Top
0.065222978591919