ABŞ Nümayəndələr Palatası səs çoxluğu ilə Ukraynaya hərbi yardımın davam etdirilməsini dəstəkləyib.
Kriminal.az xəbər verir ki, bu barədə respublikaçı konqresmen Don Beykonun “X” hesabında yazıb.
Qeyd olunur ki, ABŞ Nümayəndələr Palatası müvafiq qərarı 353 konqresmenin səsi ilə dəstəkləyib, 76 nəfər qərarın əleyhinə çıxıb.
"Bu gün səhər Nümayəndələr Palatası böyük səs çoxluğu ilə Ukraynaya hərbi dəstəyin davam etdirilməsinə səs verib. 353 nəfər qərarın lehinə, 76 nəfər əleyhinə çıxıb", - o bildirib.