kriminal.az
İsrail bundan imtina etməli olacaq - Arakçı

Tehran və Təl-Əviv arasında atəşkəs son dərəcə kövrək olaraq qalır.

Kriminal.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib.

Danışıqlar əsasında əldə edilmiş razılaşmaya qayıtmağın perspektivləri ilə bağlı sualı cavablandıran Arakçı bu ehtimalı təsdiqləyib, lakin qeyd edib ki, bunun üçün İsraildən ciddi və real iradə, eləcə də hərbi ssenaridən imtina tələb olunacaq.

Onun sözlərinə görə, 12 günlük müharibə göstərdi ki, İranın nüvə proqramı ətrafındakı problemləri güc yolu ilə həll etmək olmaz:

"Yalnız diplomatik yol effektiv ola bilər".

Top
0.080071926116943