Los-Ancelesdə bir nəfər avtomobili izdihamın üzərinə sürüb.
Kriminal.az xarici KİV-ə istinadla xəbər verir ki, Los-Anceles Yanğınsöndürmə İdarəsinin yaydığı açıqlamaya görə, hadisə nəticəsində ən azı 20 nəfər yaralanıb.
Yaralılardan dördünün vəziyyətinin ağır, səkkiz nəfərin isə kritik olduğu bildirilir.
Qəzanın Hollivud ərazisindəki Santa Monika bulvarında baş verdiyi deyilir.
Hadisənin təfərrüatları araşdırılır.
Billurə